Təyyarə  evin üstünə   düşdü: ÖLƏNLƏR var
08 may 2023 13:25 (UTC +04:00)

Təyyarə evin üstünə düşdü: ÖLƏNLƏR var

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 qırıcı təyyarəsinin Racastan ştatında kənd evinin üzərinə düşməsi nəticəsində 3 mülki şəxs həlak olub. 

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, hərbi təyyarə planlı təlim uçuşu zamanı Suratqarh şəhəri yaxınlığında qəzaya uğrayıb.

Pilot sağ qalıb. Polis onun "insan tələfatının qarşısını almaq üçün hər cür səy göstərdiyini" vurğulayıb, lakin üç qadın ölüb.

 Səlahiyyətlilər hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.


 

# 1425
avatar

Oxşar yazılar