Tərtərdə minaya düşənlərin SON DURUMU  - YENİLƏNİB
01 oktyabr 2022 14:35 (UTC +04:00)

Tərtərdə minaya düşənlərin SON DURUMU - YENİLƏNİB

Tərtərdə minaya düşərək yaralanan şəxslərdən birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağırdır.

Bu barədə Lent.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Bildirilib ki, Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər qurumun tabeliyindəki Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib6

"Hər ikisi xəstəxanaya sol ayağın baldır nayihəsinin travmatik amputasiyası, çoxsaylı qəlpə yaraları diaqnozu ilə daxil olub. Hazırda hər iki pasiyent əməliyyatdadır".

***
Saat: 12:10

Tərtərdə iki nəfər rayon sakini – 32 yaşlı Cabbarov Nicat Novruz oğlu və 46 yaşlı Bayramov Rəfayıl Köçəri oğlu Səhləbad minaya düşüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçüncü sovxoz adlanan ərazisində baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.

# 5118
avatar

Oxşar yazılar