Təmir sexində BMW-nin motorunu oğurladı
25 yanvar 2023 12:44 (UTC +04:00)

Təmir sexində BMW-nin motorunu oğurladı

Bakıda avtomobil qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayonu ərazisində yerləşən bir emalatxanadan “BMW” markalı avtomobilin 1800 manat dəyərində mühərrikinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qubadlı rayon sakini Fərid Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1446
avatar

Oxşar yazılar