Təhsil Nazirliyində saxta sənəd QALMAQALI:  prokurorluq işə keçir
10 iyun 2022 16:13 (UTC +04:00)

Təhsil Nazirliyində saxta sənəd QALMAQALI: prokurorluq işə keçir

Təhsil Nazirliyinin bir sıra müəssisələrində ciddi nöqsanlar aşkarlanıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Lent.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin təqdim etdiyi sənədlər əsasında nazirliyin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisələrdə dövlət satınalmaları sənədlərinin saxtalaşdırılması ilə əlaqədar Baş Prokurorluğa müraciət ünvanlanıb.

Belə ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti adından hazırlanmış və Təhsil Nazirliyinin tabeliyində olan qurumları üçün bir mənbədən satınalma metodunu tətbiq etməklə həyata keçirilməsini, həmçinin müsabiqələr nəticəsində müqavilələrin bağlanılmasını nəzərdə tutan iyirmi beşdən çox saxta məktub Təhsil Nazirliyi tərəfindən Dövlət Xidmətinə təqdim edilib.

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri tərəfindən saxta sənədlərin hazırlanması əməllərində cinayət tərkibi əlamətlərinin olduğunu nəzərə alaraq Dövlət Xidməti məsələnin araşdırılması və hüquqi qiymətin verilməsi məqsədilə Baş Prokurorluğa müraciət edib.

# 2808
avatar

Mehman Nəbiyev

Oxşar yazılar