Tanınmış futbolçu  jurnalistə hücum etdi
01 avqust 2022 15:35 (UTC +04:00)

Tanınmış futbolçu jurnalistə hücum etdi

Türkiyənin Beşiktaş komandasının köhnə ulduzu futbolçu Manuel Fernandes jurnalistə hücum edib. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 qız dostu ilə Kuruçeşmədəki məkanların birindən çıxarkən kameralara yaxalanan Fernandes əsəbiləşib. 

Belə ki, 36 yaşındakı futbolçu və meneceri "Beyaz TV" müxbiri Mustafa Ağdağa hücum edib. Daha sonra Fernanes jurnalisti yumruqlamağa başlayıb. 

Hücuma məruz qalan müxbir Mustafa Ağdağ məsələ ilə bağlı polisə şikayət edib. 

Polis hadisə ilə əlaqədar araşdırma başladıb. 


 

# 2250
avatar

Sevinc Fərid

Oxşar yazılar