Sumqayıtda evlərdən və maşınlardan oğurluq edilib
20 may 2023 19:16 (UTC +04:00)

Sumqayıtda evlərdən və maşınlardan oğurluq edilib

Sumqayıtda silsilə oğurluq hadisələri olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər ərazisində iki avtomobildən pul və akkumulyator, iki evdən qızıl-zinət əşyaları, elektrik naqili və təmir-tikinti alətləri, bir nəfərin isə 235 manatı və mobil telefonu oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məhərrəmov saxlanılıb.

Araşdırma aparılır.

# 1809
avatar

Oxşar yazılar