Su üstündə atəş açdı, güllə maşına dəydi - İNSİDENT
26 iyul 2022 11:30 (UTC +04:00)

Su üstündə atəş açdı, güllə maşına dəydi - İNSİDENT

Tərtərdə silahlı insident olub. 

Lent.az xəbər verir ki, hadisə rayonun Əskipara kəndində baş verib.

Kənd sakini Rəsul Ağayev pambıq sahəsinin suvarılması üstündə həmkəndlisi Namiq Hüseynova silahdan atəş açıb.

Nəticədə güllə Namiq Hüseynovun avtomobilinə dəyib.

Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır.
 

# 3333
avatar

Fidan İlqar

Oxşar yazılar