Sərxoş kişi yanğınsöndürən maşını oğurlayıb  yanğın törətdi
10 mart 2023 19:15 (UTC +04:00)

Sərxoş kişi yanğınsöndürən maşını oğurlayıb yanğın törətdi

ABŞ-ın Lonq-Aylend ştatının İnvud yaşayış məntəqəsində polis sərxoş vəziyyətdə yanğınsöndürən maşını oğurlayaraq yanğın törədən sürücünü saxlayıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 22 yaşlı Uilson Uiloa yanğınsöndürmə məntəqəsinə daxil olub. Yanğınsöndürənlərin gözü qarşısında o, xüsusi təyinatlı avtomobilə minərək darvazadan keçərək oradan uzaqlaşıb.

Bundan sonra həmin şəxs yanğınsöndürən maşına minərək elektrik xəttinin dayağına çırpılıb. Bu da yaxınlıqdakı evdə yanğının başlamasına səbəb olub.

Polis hadisəni törədən şəxsi tapıb və onu ayıqlıq testindən keçməyə məcbur edib. Kişi sərxoş olubmuş.
 

# 1371
avatar

Oxşar yazılar