"Şərab evi"nə BASQIN:  Satıcını bıçaqlayıb, kassanı yardılar
16 yanvar 2023 15:17 (UTC +04:00)

"Şərab evi"nə BASQIN: Satıcını bıçaqlayıb, kassanı yardılar

Gəncədə quldurluq hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, şəhərin Nərimanov prospektində yerləşən, "Şərab evi" mağazasına daxil olan naməlum şəxslər orada işləyən satıcı 19 yaşlı Elvin Rzayevi bıçaqlayıb, kassadan olan pulları götürərək hadisə yerindən qaçıblar. 

Hadisə ilə bağlı Gəncə polisi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. 

İlkin məlumata görə, hadisə törədən şəxslərin kimliyi müəyyənləşib. Hazırda onların tutulması istiqamətində araşdırmalar davam etdirilir.

# 1806
avatar

Fidan İlqar

Oxşar yazılar