"Şantaj edib 1000 avro istəyirlər"  - Sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
11 iyun 2022 12:01 (UTC +04:00)

"Şantaj edib 1000 avro istəyirlər" - Sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

"Sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları var". 

Lent.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib. O bildirib ki,bununla bağlı artıq bir neçə şəxs müraciət edib:

"Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik. Danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 € tələb olunur".

# 3792
avatar

Aytəkin Cəlali

Oxşar yazılar