Şagird sinif yoldaşını bıçaqladı
19 mart 2023 23:03 (UTC +04:00)

Şagird sinif yoldaşını bıçaqladı

Naxçıvanda şagirdlər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün şəhərin Azərbaycan küçəsində baş verib. 

Naxçıvan şəhər 17 saylı tam orta məktəbin şagirdi, Naxçıvan şəhər sakini 2007-ci il təvəllüdlü Əli Əliyev münaqişə zəminində sinif yoldaşı tərəfindən bıçaqlanıb. Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.
 

# 2010
avatar

Oxşar yazılar