Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
18 iyul 2022 15:58 (UTC +04:00)

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Abşeron çimərliklərində gözlənilən hava şəraitiİyulun 19-da şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.

Milli Hidrometerologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, sabah dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

# 1671
avatar

Aytəkin Cəlali

Oxşar yazılar