Saatlı rayonunda baş verən qatar qəzası ilə bağlı YENİ XƏBƏR
10 iyul 2022 13:01 (UTC +04:00)

Saatlı rayonunda baş verən qatar qəzası ilə bağlı YENİ XƏBƏR

Saatlı rayonunda baş verən qatar qəzası ilə bağlı araşdırmalar başlanıb.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib. Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb:

"Hadisə zamanı Salyan lokomotiv deposuna məxsus olan və Bakı-İmişli istiqamətində hərəkət edən  teplovoz Saatlı rayonu ərazisində qəzaya uğramış, teplovoza qoşulmuş 20 vaqondan üçü aşmış, bir vaqon isə relsdən düşmüşdür. Hadisə zamanı itki və xəsarət alan olmamışdır. 

Faktla bağlı Nəqliyyatda Baş Polis İdarəsinin İmişli xətt Polis Şöbəsində araşdırmalar aparılır".

# 2376
avatar

Mehman Nəbiyev

Oxşar yazılar