Quldurlar  iki kisə  QIZIL oğurladılar
23 fevral 2023 19:09 (UTC +04:00)

Quldurlar iki kisə QIZIL oğurladılar

Zabaykalda üç quldur “Tabornıy” mədənindən qiymətli metal daşıyan kuryer xidməti avtomobilindən 2 805 180 dollar dəyərində iki kisə qızıl oğurlayıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, avtomobildə olan naməlum şəxslər “Ural” markalı yük maşınını mədəndən çıxanda izləyib və o, Novaya Çara kəndindəki poçt şöbəsində dayanan zaman avtomobilin kilidini açıb və oradan 60 kiloqram qızıl oğurlayıblar. Qızılın itdiyini görən sürücülər polisə müraciət ediblər.

Məlumata görə, 38 və 39 yaşlı şübhəlilər Tında şəhərində tapılıb, lakin onların yanında qızıl kisələri olmayıb.
 

# 2571
avatar

Oxşar yazılar