Qızılağacada ovlanan çöl donuzu
21 yanvar 2023 12:28 (UTC +04:00)

Qızılağacada ovlanan çöl donuzu

Qızılağac Milli Parkında çöl donuzu ovlayan saxlanıldı - FOTO

Qızılağac Milli Parkının ərazisində çöl donuzu ovlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin və Qızılağac Milli Parkının əməkdaşları qeyri-qanuni ovçuluqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində birgə tədbir keçiriblər.

Bu zaman Milli Parkın ərazisində çöl donuzu ovlayan Masallı rayon sakini Fuad Nəsrullayev saxlanılıb. Ondan qanunsuz olaraq ovladığı 2 ədəd çöl donuzu və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

# 1941
avatar

Oxşar yazılar