Ülviyyə Balayeva
09 iyun 2022 16:15 (UTC +04:00)

Ülviyyə Balayeva

"Qızıl Aypara"nın bölmə sədri dələduzluğa görə TUTULDU

Şirvanda dələduzluq edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində dələduzluq edərək vətəndaşların pulunu mənimsəyən şəxsə qarşı əməliyyat tədbiri keçirib.

Nəticədə şəhər sakini Ülviyyə Balayeva saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Ü.Balayeva şəhər sakini olan bir vətəndaşın etibarından istifadə edərək, ona yüksək məvacibli yaxşı işlə təmin edəcəyi barədə vədlər verərək, 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Polis əməkdaşları həmin qadının digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər Ü.Balayevanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan şəhər Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Ülviyyə Balayeva Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışıb.

# 2334
avatar

Mehman Nəbiyev

Oxşar yazılar