Qəza törədən motiskl sürücüsü xəstəxanaya yerləşdirildi 
25 aprel 2022 00:11 (UTC +04:00)

Qəza törədən motiskl sürücüsü xəstəxanaya yerləşdirildi 

Gəncədə yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Ruhulla Axundov küçəsində qeydə alınıb.

Hərəkətdə olan motisklin sürücüsü idarəetməni itirib. Nəticədə motiskl yoldan çıxaraq aşıb. Qəza zaman sürücü, 2002-ci il təvəllüdlü İ.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
 

# 1626
avatar

Oxşar yazılar