Qazaxıstan gözəlinin evdə  meyiti tapıldı
29 noyabr 2022 16:43 (UTC +04:00)

Qazaxıstan gözəlinin evdə meyiti tapıldı


2000-ci ildə Qazaxıstan gözəli seçilən Natalya Steşenko (Semaqo) Moskvada ölü tapılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir gün əvvəl Moskvadakı “Luna” teatrının 37 yaşlı aktrisası uşaq tərəfindən tapılıb - aktrisa huşsuz vəziyyətdə olub. Uşaq qonşuları köməyə çağırıb, onlar təcili yardıma zəng ediblər. Lakin Nataliya Semaqonu xilas etmək mümkün olmayıb, o, həkimlər gələnə qədər dünyasını dəyişib.

Aktrisanın ölümünün dəqiq səbəbi müəyyən edilməyib.

Nataliya Semago Qazaxıstanda anadan olub, 2000-ci ildə "Miss Qazaxıstan" titulunu alıb. 

 


 

# 2058
avatar

Oxşar yazılar