Qazaxda keçmiş arvadını baltalayan kişi tutuldu
22 iyul 2022 10:09 (UTC +04:00)

Qazaxda keçmiş arvadını baltalayan kişi tutuldu

İyulun 20-si saat 4 radələrində Qazax rayonu Qarapapaq kənd sakini 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Pokurorluqdan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək İlhamə Xasməmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başladılıb. Eldəniz Xasməmməd şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Qeyd edək ki, bununla bağlı Lent.az məlumat vermişdi. 

# 2409
avatar

Aytəkin Cəlali

Oxşar yazılar