Qax sakini meşədə faciəvi şəkildə öldü
03 yanvar 2023 09:50 (UTC +04:00)

Qax sakini meşədə faciəvi şəkildə öldü

Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində baş verib. Rayon sakini, 46 yaşlı Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub, ətraflı müayinələr aparıblar. 

Faktla bağlı araşdırma aparılır.

# 3738
avatar

Oxşar yazılar