“Qarabağ”ın sabiq futbolçusunun KÖRPƏSİ ÖLDÜ
28 iyul 2022 15:45 (UTC +04:00)

“Qarabağ”ın sabiq futbolçusunun KÖRPƏSİ ÖLDÜ

“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçakın oğlu Olivier vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı təcrübəli müdafiəçinin formasını geyindiyi Plotsk “Visla”sı rəsmi saytı vasitəsilə yayıb.

Bildirilib ki, Yakub Jezniçak - Maqdalena Stepyen cütünün körpəsi 1 yaş 10 günlüyündə ölüb. Buna səbəb onun qaraciyər xərçəngindən əziyyət çəkməsi olub. O, İsraildə müalicə aldığı klinikalardan birində vəfat edib.

Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib və 2 dəfə Azərbaycan çempionu olub.

# 1923
avatar

Oxşar yazılar