Qadın  satdığı maşını   oğurladı
16 noyabr 2022 19:10 (UTC +04:00)

Qadın satdığı maşını oğurladı

Moskvada bir qadın BMW markalı avtomobilini beş milyon rubla (140 935 manata)  satıb, bir gün sonra isə əlaltıları ilə birlikdə avtomobil oğurlayıb. 

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, hadisə ilə bağlı 4 nəfər, o cümlədən maşını qaçıran şəxs saxlanılıb.

Alıcı “Telegram”da xarici avtomobilin satışı ilə bağlı elan tapıb, burada 2021-ci ildə buraxılan “BMW 630d xDrive”nin beş milyon rubla satışa qoyulub. Belə bir təklif kişinin xoşuna gəlib, o, sahibi ilə - 36 yaşlı Yekaterina İ. ilə görüşə gedib və alqı-satqı müqaviləsi bağlanıb.

Yeni sahib BMW-ni bir gün sonra avtomobilin oğurlandığı Şukinodakı həyətində saxlayıb. Oğurluqdan sonra asayiş keşikçiləri dərhal bu hadisəni törədənləri yaxalaya biliblər.

Qadın şərikləri ilə birlikdə - tibb fakültəsinin tələbəsi olan bacısı və iki işsiz kişi tanışı ilə hərəkət edib . İndi dördü də saxlanılıb, maşın hələ tapılmayıb. İddialara görə, BMW sonuncu dəfə Moskva dairəvi yolunda, Volokolamsk şossesi yaxınlığında görünüb.


 

# 2292
avatar

Oxşar yazılar