Qadın həbsxana işçisi məhbus  manyakla sevişdi
04 may 2023 00:26 (UTC +04:00)

Qadın həbsxana işçisi məhbus manyakla sevişdi

İngiltərədə həbsdə olan qatil manyak  ilə romantik münasibət quran həbsxana işçisinə qarşı istintaq başladılıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, HMP “Belmarsh”ın əməkdaşı Londonda vəkil Zara Alinanı qətlə yetirən Cordan MakSuini ilə romantik münasibətdə olduğu iddialarına görə işdən uzaqlaşdırılıb. Dekabrda o, 2021-ci ilin iyununda bardan evə gedərkən hücum etdiyi 35 yaşlı Alinaya qarşı cinsi təcavüz və qətlə görə 38 il azadlıqdan məhrum edilib.

Həmin axşam cinayətkar digər qadınlara təcavüz edib, lakin sonda hüquq fakültəsinin məzunu Zara Alinanın arxasınca getməyə qərar verib. Qətldən bir neçə gün əvvəl MakSuini təcavüz və bıçaq saxladığı üçün həbsxanadan azad edilibmiş.

Sonra o, istənilən qadın üçün təhlükəli bir şəxs kimi təsvir edilib. Buna və məişət zorakılığı tarixinə baxmayaraq, britaniyalı orta riskli cinayətkar kimi təsnif edilib.

Böyük Britaniyanın ən təhlükəsiz həbsxanasının 32 yaşlı əməkdaşı dövlət müəssisəsində qanunsuzluqda şübhəli bilinir. Xüsusilə, söhbət MakSuini ilə intim münasibətdən gedir. O, artıq 29 yaşlı məhbusla romantik münasibətdə olduğu iddiaları ilə bağlı dindirilib.

# 2181
avatar

Oxşar yazılar