Polis Beyləqanda külli miqdarda narkotik vasitəni ələ keçirdi
18 noyabr 2022 08:50 (UTC +04:00)

Polis Beyləqanda külli miqdarda narkotik vasitəni ələ keçirdi

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitələrin və həblərin qanunsuz olaraq dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri Elmin Quliyev və Təbriz Əlizadənin idarələrində olan avtomobil rayon ərazisində saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman 3 ədəd qablaşdırmada təmiz çəkisi 3 kiloqram 330 qramdan artıq heroin, 1 ədəd  bağlamada təmiz çəkisi 1 kiloqramdan artıq tiryək, eləcə də 150 ədəd preqabalin və 20 ədəd metadon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə işi başlanılıb və adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

# 1758
avatar

Oxşar yazılar

Ceyranbatan su kanalında bir nəfər batdı

Ceyranbatan su kanalında bir nəfər batdı

20 aprel 2024 , 17:24
Bakıda taxta bazarı YANIR

Bakıda taxta bazarı YANIR

20 aprel 2024 , 17:00
Ermənistanda evdən hərbçinin meyiti  tapıldı

Ermənistanda evdən hərbçinin meyiti tapıldı

20 aprel 2024 , 16:15
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı

Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı

20 aprel 2024 , 15:03
Xırdalanda tikilməkdə olan evin materialları oğurlandı

Xırdalanda tikilməkdə olan evin materialları oğurlandı

20 aprel 2024 , 13:26
Qazaxıstan onu Azərbaycana təhvil verdi

Qazaxıstan onu Azərbaycana təhvil verdi

20 aprel 2024 , 12:40
Göygöldə "Jiquli" piyadanı vurub öldürdü

Göygöldə "Jiquli" piyadanı vurub öldürdü

20 aprel 2024 , 11:35
Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

20 aprel 2024 , 11:04