Piyadaya yol verən sürücünün avtomobili vuruldu -FOTO
13 noyabr 2022 03:00 (UTC +04:00)

Piyadaya yol verən sürücünün avtomobili vuruldu -FOTO

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.

“Mercedes” markalı minik maşınının sürücüsü Balagül Kərimov piyada zolağından keçən şəxsə yol vermək üçün dayanıb. Həmin vaxt eyni istiqamətdə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dayanan “Mercedes”ə çırpıb. Qəza zamanı sərnişin xəsarət alıb.

Faktla bağlı yol patruk xidmətinin əməkdaşları əraziyə cəlb edilib və araşdırma aparılır.
 

# 1833
avatar

Oxşar yazılar