Oğurluq və narkotikə görə 7 nəfər tutuldu
10 sentyabr 2022 17:06 (UTC +04:00)

Oğurluq və narkotikə görə 7 nəfər tutuldu

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində rayon ərazisində silsilə oğurluq hadisələri törədən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 7 nəfər tutularaq istintaqa cəlb edilib.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, rayon ərazisində qaz borularının, dəmir elektrik dirəkləri və naqillərin oğurlanması ilə bağlı polis şöbəsinə aidiyyəti qurumlar tərəfindən müraciətlər daxil olub.

Aparılan araşdırmalar zamanı cinayət hadisələrinin eyni şəxslər tərəfindən törədildiyi müəyyən olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri, əvvəllər məhkum edilmişlər - Famil Hümbətov, Tural Daşdəmirov və Fərid Atakişiyev tutularaq istintaqa təhvil veriliblər. Həmin şəxslər ifadələrində törətdikləri əməlləri etiraf ediblər.

Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində isə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şamaxı rayon sakinləri – əvvəllər də törətdiyi cinayətə görə elektron qolbaqla təchiz edilmiş İmran Şıxalıyev, Tərlan Atakişiyev, Natiq Behruzi, eləcə də Göyçay sakini Pərviz Abdullayev tutulub. Onların hər birindən ayrı-ayrılıqda heroin və metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işləri başlanılıb, saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

# 2373
avatar

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11