Oğrular bütün oteli icarəyə götürüb  neft kəmərinə   tunel qazdılar
16 may 2023 08:51 (UTC +04:00)

Oğrular bütün oteli icarəyə götürüb neft kəmərinə tunel qazdılar

Cənubi Koreyada cinayətkarlar bütöv bir oteli icarəyə götürüb və bir ay ərzində neft kəmərinə tunel qazıblar

Lent.az bildirir ki, yerli medianın məlumatına görə, borudan neft oğurlamağı planlaşdıran səkkiz kişi həbs edilib. Bunun üçün altından neft kəmərinin keçdiyi oteli icarəyə götürüb, yüksək səslərlə diqqəti cəlb etməmək üçün günün çox hissəsini binanın zirzəmisində, ən sadə alətlərlə qazaraq keçiriblər.

Təxminən bir ay ərzində kişilər təxminən 10 metr qaza bilib və neft kəmərinə 30 santimetr yaxınlaşıblar. Lakin onların işlərini başa vurmağa vaxtları olmayıb - oteldə axtarış aparılıb. İndi səlahiyyətlilər tunelin binaya zərər vermədən necə doldurulacağına qərar verirlər.

Dindirilmə zamanı tutulan şəxslər oğurladıqları nefti iki yanacaqdoldurma məntəqəsində satmağı planlaşdırdıqlarını etiraf ediblər.


 

# 1614
avatar

Oxşar yazılar