Novxanıda iki yeniyetmə  dənizdə batdı -YENİLƏNİB
20 iyul 2025 12:43 (UTC +04:00)

Novxanıda iki yeniyetmə dənizdə batdı -YENİLƏNİB

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu Xırdalan sakinləridir.

Axtarış-xilasetmə işləri davam edir.

***

saat 10.40

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən LENT.az-a ya verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782

Oxşar yazılar