Naxçıvanda qəza: Maşın aşdı  - FOTO
08 mart 2023 20:12 (UTC +04:00)

Naxçıvanda qəza: Maşın aşdı - FOTO

Naxçıvan şəhərində avtomobil qəzası baş verib.

Lent.az APA-nın Naxçıvan bürosuna istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Nizami küçəsində qeydə alınıb.

71-BD-066 dövlət nömrə nişanlı "KIA Cerato" markalı avtomobil 68-TA-085 dövlət nömrə nişanlı taksi ilə toqquşub.

Qəza nəticəsində "KIA" markalı avtomobil aşıb.

Həmin nəqliyyat vasitəsinin sürücüsü 1997-ci il təvəllüdlü Naxçıvan şəhər sakini İsmayıl Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.

# 870
avatar

Oxşar yazılar