Naxçıvanda evdə gizlədilən silahlar tapıldı
24 yanvar 2023 18:00 (UTC +04:00)

Naxçıvanda evdə gizlədilən silahlar tapıldı

Naxçıvanda əhalidə qanunsuz saxlanılan odlu silahların müəyyənləşdirilərək götürülməsi sahəsində təxirəsalınmaz tədbirlər görüllür.

Naxçıvan Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Culfa Rayon Polis Şöbəsinin (RPŞ) əkəməkdaşları rayonun Xoşkeşin kənd sakini Xəlilzadə İslam Həbib oğlundan 1 ədəd JP-18 markalı 28 mm-lik ov tüfəngi, Kəngərli  RPŞ-in əməkdaşları Qıvraq qəsəbə sakini Məmmədov Qalib Zeynalabidin oğlundan  1 ədəd Teksan-S-870 markalı 16 mm-lik ov tüfəngi və Şahbuz RPŞ-in əməkdaşları Şahbuz Rayon Daylaqlı kənd sakini Məmmədli Tural Allahqulu oğlundan  F-99 markalı 9 mm -lik qaz tapançası aşkarlayaraq götürüblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

# 1581
avatar

Oxşar yazılar