Molla rejimini təbliğ edən daha 2 nəfər həbs edildi - CASUS ŞƏBƏKƏSİ
24 may 2023 14:54 (UTC +04:00)

Molla rejimini təbliğ edən daha 2 nəfər həbs edildi - CASUS ŞƏBƏKƏSİ

Azərbaycanda İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Lent.az “MOUZE“ teleqram kanalına istinadən xəbər verir ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində İdris Həsənov və Elşən Rəhimov saxlanılıblar.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saxlanılan şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.

 

# 1953
avatar

Oxşar yazılar