Mikroavtobus piyadaları VURDU: Ölənlər var
27 mart 2023 10:22 (UTC +04:00)

Mikroavtobus piyadaları VURDU: Ölənlər var

Yevlaxda avtomobil iki qadını vurub.

Lent.az xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Ruslan Sakit oğlu Abdullayev idarə etdiyi "Qaz-322132" markalı mikroavtobusla 1975-ci il təvəllüdlü Səbinə Rafiq qızı Ələsgərova və 1962-ci il təvəllüdlü Bəsdi Halay qızı Mirzəyevanı vurub.

Piyadalardan Səbinə Ələsgərova hadisə yerində ölüb, xəsarət alan Bəsdi Mirzəyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

# 1740
avatar

Fidan İlqar

Oxşar yazılar