Məzun qız evə gec gəldi, qonşu oğlan  bıçaqlandı
16 iyun 2022 00:34 (UTC +04:00)

Məzun qız evə gec gəldi, qonşu oğlan bıçaqlandı

Lənkəranda 18 yaşlı gənc yeniyetmə qonşusu tərəfindən bıçaqlanıb.

Lent.az xəbər verir ki, bıçaqlanma hadisəsi rayonun Səpnəkəran kəndində qeydə alınıb. 

Kənd sakini olan qız məzun sinif yoldaşları ilə getdikləri yerdən gec qayıtdığı üçün evdə söz-söhbət yaranıb. Qonşu evdəki səs-küyü eşidən və köməyə gələn 2004-cü il təvəllüdlü Hüseynəli Sübhan oğlu Hüseynovu qızın 14 yaşlı qardaşı bıçaqlayıb. Qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə H.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb. 
 

# 2802
avatar

Oxşar yazılar