Maştağada inzibatçını marketdə soydular
17 yanvar 2023 11:53 (UTC +04:00)

Maştağada inzibatçını marketdə soydular

Bakıda market qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən marketlərin birində seyfdən 80 manat, inzibatçının çantasından isə 750 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Saatlı rayon sakini İbrahim Alməmmədov və İmişli rayon sakini Mirsaleh Mirbabayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

# 1572
avatar

Oxşar yazılar