Maşın dirəyə çırpıldı, sakinlər işıqsız qaldı  - FOTO
14 iyul 2022 19:31 (UTC +04:00)

Maşın dirəyə çırpıldı, sakinlər işıqsız qaldı - FOTO

Göyçayda yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Lent.az-a bildirib ki, bugün gecə saatlarında Göyçay şəhəri ərazisində “VAZ-21011” markalı avtomobilin sürücüsü, rayon sakini Elşad Yusifovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi elektrik dirəyinə çırpılıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və həmin ərazi üzrə elektrik enerjisinin verilişində fasilə yaranıb. Aidiyyəti qurumun əməkdaşları tərəfindən görülən zəruri tədbirlər nəticəsində enerjini verilişi bərpa edilib. 

Hazırda faktla bağlı Göyçay rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Qəza olan ərazi

# 1662
avatar

Mehman Nəbiyev

Oxşar yazılar