Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov fevralın 6-da seçki kampaniyası çərçivəsində Beyləqan rayonunda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüş keçirib. Həyətlərdə seçicilərlə söhbətlər edən Ceyhun Məmmədov seçki platforması haqqında onları məlumatlandırıb. Fevralın 9-da keçiriləcək VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə fəal olmağa səsləyib.
YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyevin iştirakı ilə keçirilən görüşdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. YAP-ın bu seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə qatıldığını qeyd edən Arif Fərzəliyev partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu diqqətə çatdırıb. Deputatlığa namizəd Ceyhun Məmmədov haqqında geniş məlumat verən A.Fərzəliyev onun fəaliyyətini yüksək qiymətləndirib.
Daha sonra deputatlığa namizəd Ceyhun Valeh oğlu Məmmədov Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. Həyata keçirilən islahatlar nəticəsində, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.
Ceyhun Məmmədov seçicilərlə görüş zamanı seçki platforması haqqında da geniş məlumat verərək, qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səyhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğullu istiqamətində görəcəyi işlər barədə danışıb.
Seçicilər də onları maraqlandıran sualları deputatlığa namizəd Ceyhun Valeh oğlu Məmmədova ünvanlayıblar.