<font color=red>®</font> 8 saylı dairədən namizədlərin saxtakarlığı ifşa olundu
06 fevral 2020 18:50 (UTC +04:00)

® 8 saylı dairədən namizədlərin saxtakarlığı ifşa olundu

8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə deputatlığa namizəd İmanov Rafiq Xalıq oğlu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova ərizə ilə müraciət ünvanlayıb.

O, müraciətində həmin dairədəki digər namizədlər tərəfindən qanunsuz və saxtakar əməllərə yol verildiyini vurğulayıb.

Ərizədə deyilir:

“Hörmətli Məzahir müəllim,
Bildiyiniz kimi, mən və 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə deputatlığa namizəd olan digər üç şəxs, Məmmədxanlı Xəyal Xasay oğlu, Rəhimov Rüfət Salman oğlu və İbrahimov Ağasif Şakir oğlu 5 fevral 2020-ci il tarixində 8 saylı Binəqədi birinci Seçki Dairəsindən digər namizəd, Quliyev Azay Əjdər oğlu barədə Mərkəzi Seçki Komissiyasına və 8 saylı Binəqədi birinci Dairə Seçki Komissiyasına şikayət ərizəsini ünvanlamışıq.

Mənimlə birgə şikayət ərizəsini təqdim edən şəxslər bu ərizədə göstərilən ittihamların həqiqiliyinə məni inandıraraq şikayətə imza atmağıma nail olmuşlar.

Şikayətin mahiyyətinə tam varmadan onu imzalasam da sonradan ərizədə qeyd olunan məsələləri araşdırdım və belə bir qənaətə gəldim ki, bütün bu iddiaların heç birinin əsası yoxdur və bunlar sadəcə olaraq Məmmədxanlı Xəyal Xasay oğlu, Rəhimov Rüfət Salman oğlu və İbrahimov Ağasif Şakir oğlu tərəfindən seçki kampaniyası başladığı dövrdən indiyə qədər Azay Quliyevə qarşı aparılan “qara PR”-ın davamıdır. Araşdırma zamanı o da bəlli oldu ki, Azay Quliyevin bizim dairədə seçicilər arasındakı nüfuzu və apardığı uğurlu seçki kampaniyası yuxarıda adlarını çəkdiyim digər üç namizəd tərəfindən daim qısqanclıqla qarşılanmış və ona qarşı indiyə kimi sosial şəbəkələrdə və mətbuatda müxtəlif məzmunlu və təxribat xarakterli qanunsuz hərəkətlərə yol verilmişdir.

Mən çox təəssüf edirəm ki, Məmmədxanlı Xəyal Xasay oğlu, Rəhimov Rüfət Salman oğlu və İbrahimov Ağasif Şakir oğlu bu dəfə də özlərinin çirkin oyunlarına və qarayaxma kampaniyasına məni də alət etmiş və Azay Quliyevə qarşı yalan və böhtan xarakterli sənədin imzalanmasına məni cəlb etmişlər.

Sizə bu ərizəni yazaraq bildirirəm ki, mən, İmanov Rafiq Xalıq oğlu deputatlığa namizədlər Məmmədxanlı Xəyal Xasay oğlu, Rəhimov Rüfət Salman oğlu və İbrahimov Ağasif Şakir oğlunun Quliyev Azay Əjdər oğluna qarşı törətdikləri qanunsuz və saxtakar əməllərinə məni cəlb etdiklərinə qəti etirazımı bildirir və 5 fevral 2020-ci ildə qoşulduğum şikayət ərizəsindən imzamı geri götürürəm.

Bununla yanaşı, 8 saylı Binəqədi birinci Seçki Dairəsindən ən layiqli namizəd olan Azay Quliyevə qarşı bu cür kampaniyanı aparan, adlarını sadaladığım bu şəxslərin əməlinə Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq hüquqi qiymətin verilməsinin zəruri olduğunu hesab edirəm.

Mətbuatdan bu bəyanatımın yayımlanmasını xahiş edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1709
avatar

Oxşar yazılar