Lənkəranda PARTLAYIŞ:  yaralanan var
18 yanvar 2023 09:31 (UTC +04:00)

Lənkəranda PARTLAYIŞ: yaralanan var

Lənkəranda bərbərxanada partlayış olub.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin "Ləvəngi" dairəsi adlanan ərazisində baş verib. Partlayış nəticəsində orada işləyən 28 yaşlı İsazadə Məhərrəm Arif oğlunun əlləri və sifətində yanıq xəsarətləri meydana gəlib.

İlkin ehtimala görə, hadisəyə səbəb bərbərxananın yaxınlığından keçən qaz borularında sızma olmasıdır.

Faktla bağlı araşdırma aparılır.

# 1596
avatar

Mehman Nəbiyev

Oxşar yazılar