Kürdəmirdə bacılar dəm qazından boğularaq ölüb
06 mart 2023 09:26 (UTC +04:00)

Kürdəmirdə bacılar dəm qazından boğularaq ölüb

Kürdəmir rayonunda bacılar dəm qazından boğularaq ölüb.

Lent.az-ın xəbərinə görə, hadisə martın 5-də rayon Karrar kəndində qeydə alınıb.

Belə ki, 2012-ci il təvəllüdlü Qasımzadə Səma Elton qızı və 2014-cü il təvəllüdlü Qasımzadə Fəridə Elton qızının yaşadıqları evin həyətində yerləşən
hamamda dəm qazından boğularaq keçiniblər.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

# 1743
avatar

Oxşar yazılar