Kürdə nazirliyin müfəttişini YANDIRDILAR  - YENİLƏNİB
20 sentyabr 2022 20:20 (UTC +04:00)

Kürdə nazirliyin müfəttişini YANDIRDILAR - YENİLƏNİB

Bu gün səhər saatlarında Mingəçevir Şəhər Polis Şöbəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan xidməti qayığın Kür çayında qanunsuz balıq ovlayan brakonyer tərəfindən yandırılması və nəticədə nazirliyin regional idarəsinin iki əməkdaşının müxtəlif dərəcəli yanıq xəsarətləri alması ilə bağlı məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə cəlb olunub, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törədən şəxsin əvvəllər də məhkum olunmuş Şaban Məmmədov olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

***

Saat 13:20

Mingəçevirdə brakonyer nazirlik əməkdaşlarına xəsarət yetirib.

Lent.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, brakonyer xidməti vəzifələrini yerinə yetirən əməkdaşların qanuni tələblərinə tabe olmayaraq onların olduğu qayığa yanacaq tökərək yandırıb. Hadisə nəticəsində müfəttiş Bəhruz Mustafayev yüngül yanıq xəsarətləri alıb.

Hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinə məlumat verilib, polisin operativ müdaxiləsi nəticəsində təqsirkar şəxs saxlanılıb. Hazırda faktla bağlı polis şöbəsində araşdırma aparılır.

# 6522
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

Abşeronda kişi özünü asdı  - FOTO

Abşeronda kişi özünü asdı - FOTO

25 aprel 2024 , 19:29
Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

25 aprel 2024 , 17:18
Ana 7 aylıq körpəsini yolun ortasına  atdı

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

25 aprel 2024 , 17:17
Kütləvi dava zamanı polisi bıçaqladılar

Kütləvi dava zamanı polisi bıçaqladılar

25 aprel 2024 , 16:44
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

25 aprel 2024 , 15:36
Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

25 aprel 2024 , 15:16
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

25 aprel 2024 , 14:43
Xocalıda yeni insan qalıqları  tapıldı - VİDEO

Xocalıda yeni insan qalıqları tapıldı - VİDEO

25 aprel 2024 , 14:33