Kişi qəzada öldü, meyiti 20 km aralıdan  tapıldı - YENİLƏNİB
18 noyabr 2022 09:54 (UTC +04:00)

Kişi qəzada öldü, meyiti 20 km aralıdan tapıldı - YENİLƏNİB

Şəmkirdə yol kənarından tapılan meyitin kimə məxsus olması müəyyənləşib.

Lent.az-ın məlumatına görə, meyit Könüllü kənd sakini 39 yaşlı Məmmədov Yalçın Yaşar oğluna məxsus olub. Məlum olub ki, o, Şəmkir-Seyfəli yolunda yol-nəqliyyat hadisəsi zamanı hıəyatını itirib. Həmin yol isə meyit tapılan yerdən 15-20 km aralıdır.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində axtarış işlədir keçirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ölümə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

***
17.11.2022

Saat: 15:37

Şəmkirdə yol kənarından meyit tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, hadisə bu gün səhər saatlarında Şəmkir rayon Yeni Həyat kəndi yolunda qeydə alınıb:

"Burada naməlum kişi meyiti olması barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal şöbə əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib. İlkin araşdırmalar nəticəsində meyitin 39 yaşlı Şəmkir rayon sakini Yalçın Məmmədov olması və ilkin tibbi ekspertiza rəyinə əsasən avtomobil vurması nəticəsində ölməsi müəyyən olunub. Hazırda hadisəni törətməkdə şübhəli bilinən avtomobil sahibin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

# 7509
avatar

Mehman Nəbiyev

Oxşar yazılar