Daşkəsəndə bıçaqlanma baş verib.
Lent.az xəbər verir ki, Kəlbəcər rayon sakini 1975-ci il təvəllüdlü Sərvər Çərkəzov 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
S.Çərkəzovun hansı şəraitdə bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu