Keçmiş məhkum  təcili yardım maşınını   qaçırtdı
11 yanvar 2023 19:00 (UTC +04:00)

Keçmiş məhkum təcili yardım maşınını qaçırtdı

Rusiyada iti olan şəxs təcili yardım maşınını qaçırıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər axşam saatlarında polisə zəng edərək təcili yardım maşınının oğurlandığını bildiriblər. 

Qısa müddətdən sonra polislər avtomobili tapıb.

Məlum olub ki, təqsirləndirilən şəxs bayram şənliyindən sonra evə itlə qayıdıb. Xəstəxananın yaxınlığında təcili yardım maşınını görüb və onu özü ilə aparmaq qərarına gəlib. Lakin idarəetməni itirərək başqa bir avtomobilə çırparaq qaçıb.

Qeyd edək ki, saxlanılan şəxsin oğurluq etdiyinə görə məhkum olunduğu məlum olub.
 

# 1551
avatar

Arzu Qurbanlı

Oxşar yazılar