Keçmiş məhkum  qaçırdığı maşını   aşırdı və...
09 sentyabr 2022 10:36 (UTC +04:00)

Keçmiş məhkum qaçırdığı maşını aşırdı və...

Sentyabrın 6-da saat 23 radələrində şəhər ərazisindən Cəlilabad rayonu, Əliabad kənd sakini A.Tağıyevə məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Sərhədabad kəndi ərazisində aşmış vəziyyətdə tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Hacıməmmədli kənd sakini, əvvəllər məhkum olunmuş Şəmsi Bayramov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1668
avatar

Mehman Nəbiyev

Oxşar yazılar