İstanbul partlayışında ölən KÖRPƏLƏR , bomba atan şəxs...
14 noyabr 2022 10:08 (UTC +04:00)

İstanbul partlayışında ölən KÖRPƏLƏR, bomba atan şəxs...

İstiqlal küçəsinə bomba atmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə partlayışda 3 ailədən 6 nəfər həyatını itirib, 81 nəfər isə yaralanıb. 

Əldə edilən məlumatlara görə, partlayış zamanı 15 və 9 yaşlı qız hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, bir müddət əvvəl terror aktını qadının törətdiyi iddia edilirdi. Polisin saxladığı şəxs qadın olsa da, onun şəxsiyyəti açıqlanmır.

# 2508
avatar

Arzu Qurbanlı

Oxşar yazılar