İranın məğlubiyyətinə sevinən iki gənc  GÜLLƏLƏNDİ  - YENİLƏNİB
30 noyabr 2022 18:07 (UTC +04:00)

İranın məğlubiyyətinə sevinən iki gənc GÜLLƏLƏNDİ - YENİLƏNİB

İran millisinin məğlubiyyətinə sevinərək küçəyə çıxan daha bir gənc güllələnərək öldürülüb.

Lent.az xəbər verir ki, bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.

Kanalın yaydığına görə, Fərzin Marohi ötən gecə İran komandasının məğlubiyyətindən sonra küçəyə çıxaraq etirazçılara dəstək verib.

O rejim qüvvələrinin etirazçıları atəşə tutması nəticəsində aldığı güllə yarasından ölüb.

***

saat 11:59

Noyabrın 29-da dünya çempionatında İran və ABŞ arasında baş tutan futbol oyununda İran millisi məğlub olub.

Lent.az "Mouze" teleqram kanalına istinadən xəbər verir ki, İranın molla rejimi futbol məğlubiyyətinin qisasını xalqdan alıb.

Ötən gecə küçələrə axışan xalqa molla rejimi atəş açıb. Açılan atəş nəticəsində gənc oğlan Mehran Sumak başından aldığı güllə yarasından ölüb. 

# 4815
avatar

Fidan İlqar

Oxşar yazılar