İki təyyarə havada TOQQUŞDU:  Ölənlər var
25 sentyabr 2022 16:33 (UTC +04:00)

İki təyyarə havada TOQQUŞDU: Ölənlər var

Almaniyanın Tyurinqiya federal əyalətində səmada təyyarələrin toqquşması nəticəsində iki pilot həlak olub. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, sentyabrın 24-də Almaniyanın Qera-Leumnitz aerodromunun yaxınlığındakı açıq ərazidə səmada baş verib.

Qəzadan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürmə briqadası gəlib. Eyni zamanda, ölənlərin adları və hadisənin səbəbləri hazırda açıqlanmır.

Qeyd olunur ki, Qera-Leumnitz aerodromunda maksimum uçuş çəkisi 5,7 ton olan təyyarələrin qalxıb enməsinə icazə verilir. Həm kommersiya hava səyahətləri, həm də aviasiya idmanları üçün istifadə olunur.


 

# 2319
avatar

Oxşar yazılar