İki polisi  güllələyib   İNTİHAR ETDİ
17 mart 2023 00:03 (UTC +04:00)

İki polisi güllələyib İNTİHAR ETDİ

Kanadanın qərbindəki Edmonton şəhərində bir kişi iki polisi vuraraq öldürüb, sonra isə intihar edib.

Lent.az bildirir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

Edmonton polis rəisi Deyl Makfi bildirib ki, 30 və 35 yaşlı polislər bir qadının yaşayış binasında ailə münaqişəsi ilə bağlı zənginə reaksiya veriblər.

“Onlar binaya daxil olub, mənzilə yaxınlaşıblar və şübhəli bir gənc tərəfindən güllələnib”, - o, polisin atəşə cavab verməyə imkanının olmadığını bildirib.

Makfi deyib ki, şübhəli gənc özünün açdığı atəşdən ölüb. Ciddi yaralanan qadın isə xəstəxanaya yerləşdirilib. 

1 milyondan bir qədər çox əhalisi olan Edmonton Albertan əyalətinin ikinci ən böyük şəhəridir.

# 2235
avatar

Oxşar yazılar