Vətən Müharibəsi iştirakçısı İcra Hakimiyyətinin qarşısında  özünü yandırdı   -  YENİLƏNİB
04 iyul 2022 15:39 (UTC +04:00)

Vətən Müharibəsi iştirakçısı İcra Hakimiyyətinin qarşısında özünü yandırdı - YENİLƏNİB

Şəmkir rayon İcra Hakimiyyəti rayon sakininin icra hakimiyyəti binası qarşısında intihara cəhd etməsinə münasibət bildirib.

Lent.az-ın  APA-ya istinadla məlumatına görə, bildirilib ki, Şəmkirin Yeni Həyat kənd sakini, Vətən müharibəsi iştirakçısı, psixi pozuntulardan əziyyət çəkən və boyun nahiyəsində qəlpə olan, 26 yaşlı Həsənov İlham Yılmaz oğlu buna qədər Qazax, Şəmkir, Gəncə və Bakı şəhərlərində yerləşən xəstəxanalarda müalicə alıb. Hazırda isə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir. Qeyd olunub ki, vətəndaşın müraciəti aldığı müalicələrin heç bir nəticəsinin olmaması və əlillik dərəcəsinin təyin olunması ilə bağlıdır: “Vətəndaşın müraciətləri ilə əlaqədar aidiyyəti təşkilatlar tərəfindən lazımi dəstək göstərilsə də, İlham Həsənov müalicəsinin davamı üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gedən valideynlərindən ayrılaraq Şəmkir İcra Hakimiyyətinin qarşısına gəlib və özünü yandırmağa cəhd edib”.

***

14:17

Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Şəmkir rayonu, Yeni həyat kənd sakini, 26 yaşlı Həsənov İlham Yılmaz oğlu Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub.

Onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.

İlham Həsənovun intihar cəhdinin səbəbləri araşdırılır.

# 4761
avatar

Oxşar yazılar