İcra başçısının köməkçisi maşınla uşaq vurub? - RƏSMİ REAKSİYA
29 noyabr 2022 14:26 (UTC +04:00)

İcra başçısının köməkçisi maşınla uşaq vurub? - RƏSMİ REAKSİYA

Goranboyda icra başçısının köməkçisinin sərxoş vəziyyətdə qəza törətdiyi iddia olunur.

Lent.az xəbər verir ki, bu barədə iddia sosial şəbəkədə yayılıb. Bildirilib ki,icra başçısı Məhərrəm Quliyevin köməkçisi Əliyev Ülvi Xasay oğlu öz həmkəndlisi olan Qaradağlı kənd sakini Əliyev Hazar Ehtiram oğlunu vurub.

Hadisə Dəliməmmədli qəsəbəsində "Tac" şadlıq sarayının qarşısında baş verib. Yaralı hər iki ayağından xəsarət alıb və əməliyyat olunub. Hazırda vəziyyəti ağırdır.

İddialara görə isə, icra başçısı M. Quliyevin göstərişi ilə qəza gizli saxlanılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, iddialarla bağlı araşdırma başlanıb:

"Noyabr ayının 27-də Goranboy rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 15 yaşlı H. Əliyevin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub. Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal azyaşlını ziyarət ediblər. H. Əliyev və valideynləri izahatlarında onun kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb nəticəsi barədə əlavə məlumat veriləcək".

# 1944
avatar

Oxşar yazılar